قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...
یاییلیب : چهارشنبه 15 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : ساغلامليق | 0 باخیش

Art terapiya

Art-terapiya nədir? Art-terapiya qədim zamanlardan bəri insaların fərdi müalicə metodur. Stress, depresiya , gərginlik, əsəbilik. Bunlar hamısı gündəlik həyatımızda var. Əlbəttə ki, bütün bunların qarşısını almaq üçün biz özümüz özümüzü müalicə etməliyik. İnsan yaradıcılıqla məşğul olduqda beyindəki fikirlər ilhamlanmaqla əvəzlənir, problemlər ikinci plana keçir. Sadəcə şəkil çəkmək, şer yazmaq, heç bir əsası olmadam nağıllar qoşmaq insan beyninə təsir edir. Bu yaradıcılıq növləri art-terapiyaya çevrilir. Əgər sizin hər hansı bir probleminiz varsa, nəyəsə görə narahatsınızsa, art-terapiyanı təcrübədən keçirmənin əsl vaxtıdır. İstədiyiniz və əlinizin altında olan hər şeydən istifadə edə bilərsiniz- kağız parçası, rəngli karandaşlar, flomasterlər və ya rəngli boya. Gözlərinizi bir anlıq yumun, probleminizi dərindən düşünün və qəlbinizin səsini dinləyin. Sakitləşməyə çalışın. Sonra şəkil çəkməyə başlayın. Əsas qayda - şəkil abstrakt olmalıdır və heç bir real əşya və ya insan canlandırmayın və şəkli analiz etməyin. Sizin yaratdığınızı sizdən başqa heç kim görməyəcək.

İşi başlayan kimi probleminizi düşünün və emosiyanıza uyğun olaraq çəkin. Ürəyiniz boşalana kimi çəkin. Rəsm bitdikdən sonra həmin şəkli kiçik hissələrə bölün. Beləliklə sizin pis emosiyalarınız həmin şəkillə birlikdə itəcək. İndi isə qəlbinizdəki boşluğu doldurmaq vaxtdır. Necə? İndi isə eyni şəkildə abstrakt çəkə bilərsiniz, amma yaxşı emosiyaları- sevgi, xoşbəxtlik, var-dövlət, uğur və s. Təzə şəkli isə atmayın. Gözünüzün görəcəyi yerə qoyun və bir neçə gün ona baxın.

1. Emosiyalara qapılmaq.

2. Nağıl terapiyası

 

Nağıl terapiyası sizə arzulara çatmağınıza kömək edəcək. Məsələn, nağıl terapiyasından bir çox ölkələrdə çəkinin normallaşdırılması mərkəzlərində istfadə edirlər.

 

P.S. Siz eyni məqsədlə digər yaradıcılıq növləri ilə məşğul ola bilərsiniz- rəqs, musiqi yaradıcılığı, tikiş, toxu

İlk öncə öz məqsədini aydınlaşdır. Daha sonra ona uyğun olaraq nağıl qoşmağa başlayın. Ola bilsin ki, nağıl absurd Xarms stilində və ya sadə xalq nağılları stilində ola bilər. Heç nədən çəkinməyin. Öz əsərinizi qısaltmayın. Hər şeyi düşündüyünüz kimi təsvir edin. Özünüz zövq ala biləcəyiniz kimi yazın. Əlbəttə ki nağılın sonu xoş sonluqla bitəcək. Eləcə də sizin arzularınız nağıllardakı kimi həyata keçəcək. Sadəcə inanmaq lazımdır. Möcüzələrə inanın. Çünki həyat möcüzələrlə doludur. culuq, gündəlik tutun və s. Nə ilə məşğul olmağınız vacib deyil. Əsas odur ki,düşüncənizi və həyatınızı dəyişin. Heç bir magiya yoxdur. Dünyada hər möcüzə bizim və Allahımızın əlindədir.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir