قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...
یاییلیب : جمعه 24 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : ساغلامليق | 1 باخیش

Faydalı məsləhətlər

Qırışıqlar üçün əməliyyata ehtiyac yoxdur!

Mütəxəssislər yaşlanmağın altında yatan səbəbləri tapma arayışlarında,cildin yaşlanmasının əsas çarəsinin hüceyrə yenilənməsi olduğunu tapıblar.Hüceyrə yenilənməsinin təməl maddəsi isə proteindir!

Hüceyrələrimiz amin turşularından təşkil olunub.Protein həzm olunarkən amin turşularına parçalanaraq,hüceyrələrin özlərini yeniləmələrində istifadə olunur.Yetərincə protein qəbul olunmazsa vücudumuzun yaşlanma müddəti sürətlənir

Bu bəsid gerçək qidalanmaya baxışınızı gələcək naharlarınızdan dəyişdirə bilərsiz.

Ən yaxşı protein növləri:

Tam yağlı süd və süd məhsullarında və qırmızı ətdə (quzu,dana əti daxil) bol miqdarda amin turşusu mövcuddur,qısaca müəyyən həddlə istifadə olunmalıdır.Onun yerinə balıq,yumurtanın ağı,dərisi soyulmuş toyuq və hind quşu döşü seçilməlidir.

Sizə balıq kifayətdir!

Sizi gənc saxlaya biləcək qidaların arasında ilk yerdə balıq durur.Hər növ balıq doymuşluq səviyyəsi aşağı yağla yüksək keyfiyyətdə və asanlıqla həzm olunan proteinlərin qaynağıdır.Balığı digər protein qaynaqlarından fərqləndirən əlamət içində olan yağ növü və yağ turşusu miqdarıdır.

-Dəniz məhsulları qidalanma üçün çoxdur.Qısaca,balığın tərkibində yüksək miqdarda protein,vacib vitamin və minerallar vardır.Doymuş yağ və kalori miqdarı onlarda yüksək deyil.

-Dəniz məhsulları əsas amin turşularının hamısını təqdim edən mükəmməl bir protein qaynağıdır.Dəniz məhsullarında olan protein asan həzm olunur,bunun üçün də hər yaşda olan üçün mükəmməl bir qidadır.

-Dəniz məhsulları çox yaxşı B vitamini qaynağıdır.Sağlam inkişaf və böyümə üçün lazım olan kalsium,magnezium,potansium,fosfor,kükürd,florin,selenium,yod kimi əsas maddələr onun tərkibində var.

-Bir çox dəniz məhsullarındakı xolesterin səviyyəsi yüksək deyildir.Balıqdakı xolesterin miqdarı ümumilikdə aşağı olsa da qabıqlı dəniz heyvanlarında bu miqdar yüksələ bilər.Lakin xolesterin səviyyəsi yüksək olan qidalarda belə bu miqdar yumurtadakından aşağıdı.

-Dəniz məhsullarında çox az miqdarda yağ olur.Bunlar da "yaxşı yağlar"dır.Bu məhsullarda doymuş yağ miqdarı digərləri ilə müqayisədə çox azdır.

Yeməklərinizdə qırmızı ət yerinə balığa yer verməklə ümumi yağ və doymuş yağ qəbulunuzu xeyli azalda bilərsiz.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir