قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...

Şəkər xəstəliyinin müalicə üsulları

Şəkər xəstəliyi əsasən irsi əlamətlər daşıyan xəstəliklərdən sayılır. Bu xəstəlik insanlarda mədəaltı vəzinin öz funksiyasının düzgün yerinə yetirə bilməməsindən irəli gəlir.Bu da öz növbəsində insan orqanizmdə maddələr mübadiləsinin pozulmasına səbəb olur.Bu xəstəliyə meyilli olan insanlar ilk növbədə ümumi bədən çəkisini daima nəzarət altında saxlamalıdır.Şəkər xəstəliyi əsasən qanın tərkibində şəkərin səviyyəsini qalxması, sidiyin tərkibində şəkərin müşahidə olması, ümumi bədən çəkisinin gözlənilməz azalması, aclığın və susuzluğun, son dərəcə qabarıq şəkildə biruzə verməsi , tez- tez sidiyə getməsi halları , səbəbsiz yorğunluq halları , görmə qabiliyyətinin zəifləməsi, yoluxucu xəstəlikləri törədən mikroblara və viruslara qarşı həssaslıq, balaca bir yaranın çox çətinliklə sağalması və s. halları ilə müşahidə olunur.

Ümumi məsləhətlər

Sidikqovucu dərmanlardan istifadə etmək olmaz.

Qidalanma gün ərzində ən azı, 4-5 dəfə olmalıdır.

Çay , su əvəzinə meyvə tərəvəz şirələrindən istifadə etmək lazımdır.İstədiyin qədər.

Turş narın suyu , tut gavalı, xiyar suyu, balqabağın suyu, nanə və gül suyu çox xeyirlidir.

Balıq əti nar şərabnan, həftədə 2 dəfə.

Acı istiot yemək olmaz.

Qənd əvəzinə zoğaldan, böyürtkəndən istifadə etmək olar.

Baş soğanı bişmişdən və ya ayrıca bişirib, yemək xəstənin əhval-ruhiyyəsini yaxşılaşdirir.

Moruğun və böyürtkənin yarpağını çay kimi dəmləyib içmək olar.

Qarpız bədəndən şəkəri qovur, üzüm və yemiş isə artırır.

Spirtli içkiləri və siqareti azaltmaq lazımdır.

Yüngül idman növləri ilə məşğul olmaq vacibdir.

Müalicə üsulları

4-5 ədəd yumurta boyu soğanı , 1 şüşə bankaya qoyub, üstünə 2 litr qaynamış suya töküb, otaq hərarətində 24 saat saxlamaq lazımdır.24 saatdan sonra suyu süzüb , soğanları atmaq, həmin suyun otaq hərarətində saxlamaq şərti ilə, gündə 3-4 dəfə , 100 qram yeməkdən 20 dəqiqə qabaq içmək lazımdır...17 gün...Bu əməliyyatı ildə 1 dəfə təkrar etmək olar.

Qara ciyəri və düz bağırsağı mütləq təmizləmək lazımdır...

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir