قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...
یاییلیب : یکشنبه 19 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : گؤزلليك | 0 باخیش

4 həssas nöqtəyə 4 həssas qulluq

1. Boyun və dekoltə

Bir çoxumuz üzümüzə qat-qat kremlər sürərək baxım edərkən, boyun və dekolte hissəmizin bu baxımdan məhrum buraxırıq. Halbuki, boyun və dekoltəmiz, ultrabənövşəyi şüalarına ən çox məruz qalan, günəşdə ən asan quruyan, ləkələnən və qırışan bədən hissələrimizdir.

Günəş öz soldurucu təsirini ilk öncə boyunda göstərir və yaşlanmanı sürətləndirir. Boyun dərisi qısa müddətdə qalınlaşır, qabalaşır və qırışmağa başlayır. Bu səbəbdən, günəşdən qoruma, üz təmizləmə və nəmləndirmə adına etdiyimiz pilinq və maskalara boyun və üst dekoltə hissəmizin də ehtiyacı olur. 40 yaşlarından etibarən, boyun və dekoltə hissəmizin rəngi solğunlaşmağa, boynumuzdaki üfüqi qırışlar və dekoltə hissəmizdəki şaquli qırışlar formalaşmağa başlayır.

İpucu:

Südlü baxım möcüzə yarada bilər.

Hər şeydən əvvəl gündəlik baxım çox əhəmiyyətlidir. Hər axşam, yatmazdan əvvəl üzünüzü təmizlədiyiniz kimi, boyun və dekoltə hissənizi də təmizləməyi unutmayıın. Bunun üçün pilinq və maska yaxşı bir üsuldur. Ya da evdə hazırlaya biləcəyiniz sadə bir qarışığı tətbiq edə bilərsiniz. Bir qabın içinə təbii süd və su olan bir qarışıq hazırlayın. Sonra böyük bir pambıq parçası ilə boynunuza bir neçə dəfə kompres edin. Sonra soyuq su ilə yuyun. Bu kompres anında təsir edəcək və boynunuzu daha canlı və hamar görünməsini təmin edəcək. Daha sonra mütləq nəmləndirici krem sürtməyi unutmayın.

2. Saçlar

Hər zaman, qısa saçın insanı gənc göstərdiyinə inanılar. Halbuki, edilən araşdırmalarda uzun və dalğalı, ya da dümdüz çiyinlərə enən saçları olan qadınların yaşlarının daha kiçik təxmin edildiyi ortaya qoyulmuşdur. Saçlarınızın parlaq və canlı bir görünüşünün olması da üzümüzü daha gənc göstərən faktorlar arasındadır. Bunun üçün isə saçımızın quruluşuna və ehtiyaclarını uyğun olan şampunu seçmək öndə gələn məsələlərdəndir. Ancaq, seçim qədər tətbiq üsulu də çox əhəmiyyətlidir.

İpucu:

Fırçalayaraq parlat.

Şampunu tətbiq etməyə başlamazdan əvvəl, saçınızı mütləq fırçalayın. Beləcə saçınızda yığılmış olan tozlardan təmizlənəcək və şampunun effektivliyi artacaq. Şampunlama əsnasında, barmaq uclarınızla saç dərinizə yüngül masajlar edərək qan dövranını sürətləndirin. Saçınız şampunluykən, seyrək dişli bir daraq ilə darayın. Ardından, ilıq suyla bolluca durulanın. Saçınız üçün hər zaman qidalandırıcı məhsullardan istifadə etməyi unutmayın.

3. Dırnaqlar və əllər

Əllərimiz qışda soyuğun, yay da istinin təsiriylə bir xeyli kobudlaşır. Bunun qarşısını almaq üçün, əllərimizi suyla hər təmasından sonra nəmləndirmək əllərimizin yaşlanmasında gecikdirici bir təsir yaradır. Bundan başqa nəmləndiricilər istifadə edərkən əl masajıyla əllərimizin qan dövranını hərəkətə gətirmiş oluruq. Qan dövranı sürətləndikdə əllərimiz qocalma təsirlərinə qarşı mübarizə aparmaq qabilliyyətinə malik olur və daha canlı görünür.

Bundan başqa dırnaqlarımız da daha gənc görünməli olan son dərəcə əhəmiyyətli hissədir. Dırnaqlarınıza öz rəngində lak sürtmək yerinə, çəhrayı ya da qırmızı kimi yaşınızı daha gənc göstərəcək rəngləri seçim edə bilərsiniz.

İpucu:

Hər yerə bir krem istifadə edin

Gün ərzində əlinizə qidalandırıcı krem sürtməyi qətiyyən unutmayın. Hətta duşda, otağınızda, iş yerinizdə hər zaman çantanızda krem saxlayın.

Ancaq, bu kremlərin çox yağlı olmamasına diqqət yetirin, beləcə evdə işinizi etməyi əngəlləməyəcəkdir.

4. Dodaqlar

Ağız və dodaq hissəsi, yaşlanma təsirlərini ən çox özündə biruzə verən yerlər arasında iştirak edir. Dodaqlar isə gülümsəməmizi şəkilləndirir. Başqa sözlə, xoş bir gülümsəmənizin olması üzümüzü gənc və canlı göstərmənin açarıdır. Bizi daha gənc göstərən dodaqlara sahib ola bilmək üçün, parlaq və isti rəngləri seçim etməliyik. Çox tünd hər hansı bir rəng, dodaqlar üçün ölümcül ola bilər. Açıq rənglər isə dodaqları işıqlandırar, daha dolğun və gənc göstərər.

İpucu:

Ballı qulluq

Barmağınıza bir miqdar bal alaraq dodaqlarınıza sürüb 10 dəqiqə gözləyin. Dodaqlarınızın qısa müddətdə yumşaq və hamar olduğunu görəcəksiniz. Bundan başqa, dodaqlarınızın ətrafını diqqətə çarpazlaşdırmaq də gənc görünmənizi təmin edən digər bir faktordur. Bir qulaq çubuğu vasitəsi ilə şəffaf rəngdəki pudranı dodaq kənarlarına sürtün. Daha sonra pomadanızı sürtün. Gün ərzində dodaq kənarlarınızdakı xəttin pozulmadığını fərq edəcəksiniz.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir