قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...
یاییلیب : جمعه 10 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : گؤزلليك | 0 باخیش

Xanımlarımız üçün makiyaj qaydası

Makiyajdan düzgün istifadə!

 

Makiyaj son vaxtlar xanımların əsas istifadə vasitəsinə çevrilib.Amma bəzi xanımlar makiyajı düzgün formada etmirlər.Səhv şəkildə şişirdilmiş edilən makiyaj itələyici göründüyü kimi sizi gülünc vəziyyətə sala bilər. Doğru edilən makiyaj sizi həm gözel həm də baxımlı gösterecek.

Makiyajınıza başlamazdan əvvəl dərinizin nəmləndirilmiş olması lazımdır. Dərinizi nəmləndirdikdən sonra dərinizdən bir ton açıq və ya bir ton tünd fondoten istifadə etməlisiniz. Fondoteni nəmli bir süngər köməyi ilə boyuna qədər sürün. Dalğalı olmamasına diqqət edin. Pudra istifadə edəcəksinizsə şəffaf pudra seçin.

Təsiredici gözlər təəccüblü baxışlar

 

Göz makiyajınıza qaş dibindən kirpik dibinə qədər sürəcəyiniz boz tonlarında bir ten ilə başlayın. Bu ten qaş altını qızılı daha işıqlı göstərəcək. Paltarınız ya da dəri rənginizə uyğun fərqli rəngdəki tenlər ilə göz qapağına kölgələndirmələr edin. Gözlərin kiçiksə sürməni göz qapağının bir az xaricinə doğru uzada bilərsiniz. Göz qələmini də alt kirpiklərin dibinə yüngül şəkildə sürsəniz gözlərin olduğunda daha iri görünəcək. İndi kirpik üçün tuş sürtə bilərsiniz amma fırçanı dümdüz tutaraq deyil. Əvvəlcə fırçanın ucu ilə kirpiklərə toxunun çünki kirpik üçün tuş fırçanın ucunda toplanar. Daha sonra kirpik üçün tuşu üfüqi tutaraq kirpik dibindən ucuna doğru sürün. İşarə barmaqlarınızla kirpik altından yuxarı doğru yüngülcə itələyin, kirpikləriniz qıvrılmış kimi görünəcək. Bu əməliyyatı kirpik üçün tuş qurumadan etməlisiniz.

Üzünüzdə olduğu kimi dodaq makiyajında dodaqlar nəmləndirilmiş olmalıdır. Quru çatlaq dodaqda pomadanız pis bir görünüş yaradacaq. Pomada sürmədən əvvəl dodaq qələmi ilə dodaqlarınızı ətraflayın. Dodaq qələmi pomadadan bir ton tünd olmalıdır. Əks halda zidd bir görünüş sərgiləyəcək. Əgər dodaqlar incə isə dodaq qələmini dodaq xəttinin xarici qismindən sürməlisiniz. Bu şekildə dodaqlar daha dolğun görünəcək. Pomadanız istifadə etdiyiniz göz farasına zidd rengdə olmamalıdır. Pomadanızı sürün ve dodaqlarınızı bir-birinə yapışdırıb əsnədin. Diləsəniz bir qat rəngsiz parladıcı sürün.

Al Yanaqlar

 

Sürəcəyiniz ənlik çəhrayı və ya şaftalı tonlarında olmalıdır. Miqdarı şişirtmədən fırçanı toxunduraraq sürtülməlidir. Yanaqlarınızı içə doğru çəkib, yüksək qisimdən qulaqlara doğru tətbiq edin. Eyni ənliyi alın burun və çənəyə yüngülcə sürtün.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir