قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...
یاییلیب : جمعه 10 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : گؤزلليك | 0 باخیش

Maya ilə gözəllik maskaları

Mayanın faydaları qədim çağlardan bəri bilinir. Köhnə Misirdə qadınlar gözəlləşmək üçün mayanı dərilərinə sürərlərmiş. Ayrıca dezinfeksiya etmək və tez yaxşılaşmasını təmin etmək üçün yaraların üzərinə maya qoyarlarmış.

Buda mayanın gözəllik üçün faydaları

Bədən və üz:

Maya ilə hazırlanan maskalar, problemli dəriləri yaxşılaşdırır. 2 şorba qaşığı yaş mayanı bir kasaya qoyub 1 şorba qaşığı ilıq su əlavə edin və krem halına gələnə qədər qarışdırın.

Göz və dodaq ətrafı xaricində bütün dərinizə yedirin. 10 dəqiqə gözləyin. Dərinizi, əvvəl ilıq suyla, sonra soyuq suyla durulayın.

Bu maska 20′li yaslarda ayda 1 dəfə, 30′lu yaşlardasınızsa 15 gündə bir, 40′lı yaşlardasınızsa həftədə bir, 50′li yaşlarda isə həftədə 2 ya da 3 dəfə tətbiq edə bilərsiniz.

Maya saçların tökülməsini önləyir. Saçlarınız üçün aşağıdakı qarışığı tətbiq edə bilərsiniz.

- 4 şorba qaşığı toz mayanı 1 stəkan ilıq suda əridin.

- Əritdiyiniz mayanı, saç diblərinə yedirin.

- Bir neçə dəqiqə gözlədikdən sonra, bol suyla durulanın.

Əllər:

Əlləri yumşaq edir:

Maya əllərin də dostudur. Yatmadan əvvəl 1 qəhvə fincanı ilıq südə 1 çay qaşığı yaş maya əlavə edib, əriyənə qədər qarışdırın. Hazırladığınız bu təbii əl kremini, əllərinizə masaj edərək yedirin. 10 dəqiqə gözləyib, ilıq suyla yuyun. Əllərinizin yumşaq olduğunu fərq edəcəksiniz.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir