قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...
یاییلیب : جمعه 10 تیر 1390 | یازار : نژادمحمد | بؤلوم : گؤزلليك | 0 باخیش

Qoltuqaltı ləkələr üçün maskalar

Artıq yay fəslidir. Qolu açıq paltarların geyilməsi vaxtıdır. Amma bir çoxları belə paltarları geyinə bilmir. Çünkü qol altındakı tünd ləkələr çox pis görünür. Bu ləkələri aparmaq üçün sizə 2 maska resepti verəcəm.

 

MASKA1:

1 çay qaşığı vazelin

1 çay qaşığı alma suyu

1 çay qaşığı limon

Bunların hamısını qarışdırıb, təmiz qol altına çəkib, qurumasını gözləyin. Quruduqdan sonra yuyun və uşaq pudrası vurun. Zamanla bu ləkələrin getdiyini görəcəksiniz.

 

MASKA2:

1 qəhvə qaşığı düyü unu

1 xörək qaşığı qatıq

1 qəhvə qaşığı üzüm sirkəsi

Bunların hamısını qarışdırıb, təmiz qol altına çəkin və 15 dəqiqə gözləyin. Quruduqdan sonra ovlayıb çıxarın və sonra ilıq su ilə yuyun, qurulayın. Daha sonra limon suyu vurub qurumasını gözləyin və quruduqdan sonra uşaq pudrası vurun.

Bu maskanı həftədə 2 dəfə edin.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir