قادين
گؤزلليك،ساغلامليق،دوشونجه،اوشاق تربييه سي،حاميله ليك و...

Şahmatın balacalara faydası nədir?

Fiziki işə bərabər şahmat.

Həmişə valideynləri yalnız bir problem narahat edir:uşaqlar boş vaxtını necə səmərəli keçirsinlər?Valideynlərin qarşıya qoyduqları əsas məqsəd uşaqları cəmiyyətə faydalı bir şəxs kimi yetişdirməkdir.Uşaqların gələcəkdə sərbəst qərar verib,həyat çətinliklərinin öhdəsindən gəlməsi üçün onu hələ balacalıqdan istiqamətləndirmək lazımdır.Bəs uşaqlara yaradıcılıq qabiliyyətini,sərbəst fikir yürütmək qaydalarını necə aşılamaq lazımdır?

Hər bir ailədə bu sual müxtəlif cür həll olunur.Bəziləri uşaqları müxtəlif dərnəklərə göndərir,bəziləri isə dil kurslarına yazdırırlar.Əgər hələ də övladınızın vaxtını necə səmərəli keçirməsi haqda fikirləşirsinizsə,yazıya diqqət edin.

Psixoloqlar bildirirlər ki,şahmat oyunu uşağın əqli inkişafında müsbət rol oynayır.

Şahmat oyunu dünyagörüşünü inkişafına təsir edir,diqqətli olmağı ,fikirləşməyi,müqayisə etməyi,əvvlcədən oyununun nəticəsini görməyi öyrədir.İxtiraçılıq qabiliyyətini və qanunauyğunluq təfəkkürünü inkişaf etdirir.Uşaqlarda səbirlilik qabiliyyətini,özünü ələ almaq ,dözümlülük hisslərini artırır.Onlarda özünə tənqidlə yanaşma ,sərbəst qərar vermək hissləri güclənir.Şahmatın ən çox da hiperaktiv (dəcəl,dinamik) uşaqlara öyrətmək lazımdır.

Uşaqlar hansı yaşdan şahmatı öyrənməlidirlər?

 

şhur şahmatçıların,dünya çempionların həyatlarına nəzər yetirəndə erkən yaşlardan bu oyunla maraqlandığının şahidi oluruq.Üç dəfə Xose Raul Kapablanka dünya çempionu şahmat oynamağa 5 yaşından başlayıb,atasının oyunlarına baxa-baxa oyunun gedişinə bələd olub.On bir dəfə dünya çempionu olan Roberta Fişeraya şahmatı 6 yaşında olarkən öyrənib.On üç dəfə dünya çempionu Qarri Kasparov da şahmat oynamağa 5 yaşından başlayıb.Raul Kapablankanın fikrinə görə: Şahmat sadəcə oyun deyil,intellektual vaxt keçirməkdir.Həmçinin onda elmin müəyyən elementləri var.Zehni işdə işləyənlər üçün şahmat oynamaq,idmançılar üçün idmanla məşğul olmaq kimidir.Şahmat insan əqlini məşq etdirməyin ən gözəl yoludur.

یارپاق لار :

free counters
Free counters


Powerd By : ARZUBLOG.COM Theme Designer : Blogskin.ir